1) Fiqurlarınızı , əsasən yüngül fiqurlar olan Filləri və Atları oyuna daxil etməyə çalışın.
2) Eyni bir fiqurla lazım olmadıqca bir neçə dəfə oynamayın.Bu yuxarıdakı prinsipə ziddir çünki həmlənizi digər fiqurları oyuna daxil etmək əvəzinə eyni bur fiqurla oynaraq sərf edirsiniz.Fiqurlarınızı oyuna daxil edərək inkişaf edin.Bu sizin hücum və mat şanslarınızı artıracaq əks halda çox pis vəziyyətlər sizi gözləyir...
3)Dəyərli fiqurlar olan Vəzir və Qalaları oyunun əvvəlində səhnəyə çıxartmayın.Bu yenə də birinci prinsipin pozulmasına gətirəcək.Çünki rəqibinizin vəzir və qalalarınıza daha az dəyərli olan (Fiqurların dəyərlərini yadınıza salın) “Piyada” , “At” və “Fil” fiqurları ilə təhdid edərək sizin bu fiqurları qaçırtmağınıza, yəni bu fiqurlarla bir neçə dəfə oynamağınıza səbəb olacaq ki,bu da rəqibin öz fiqurlarını birinci prinsipə uyğun şəkildə inkişaf etdirdiyi kimi sizin də ikinci prinsipin və ona da uyğun olaraq birinci prinsipin kobud şəkildə pozulması ilə nəticələnəcək.
4) Şahınızın təhlükəsizliyini təmin edin.Bunun üçün təhlükəsiz qanada "Qala qurmaq"kifayətdir.Ancaq bunu nə tez nə də çox gec olmadan edin.
5)Mərkəzi əldə etməyə və qorumağa çalışın.Mərkəz damaları bunlardır : “D4” “E4” “D5” “E5”. Bunun üçün Vəzir və şahınızın önündəki piyadaları iki dama sürməyiniz kifayətdir.Digər fiqurlarınızı mərkəzə çox yaxın damalara yerləşdirərək də bunu dolaylı olaraq edə bilərsiz.Belə halda həm də fiqurlarınız daha çox damaya nəzarət edə bilir və daha effektiv olurlar.
6) Piyadaları yaxşı bir səbəbiniz yoxdursa hərəkət etdirməyə çalışmayın.Bu sizin ən yaxşı halda piyada itkiləriniz ilə nəticələnəcəyi kimi həmçinin daha dəyərli fiqurların itirilmisinə və hətta Mat olmağınıza səbəb ola bilər.Ancaq bunlar baş verməsə belə siz öz həmlənizi digər daha effektiv olan fiqurlarla oynamaq əvəzinə piyadalarla oynayaraq qurban edirsiz.Bu sizin piyada zəncirinizi zəiflədir,Şahınızın təhlükəsizliyini sual altına alır və oyun sonunda sizin üçün çox pis pozisiya yaranır.
7)Fiqurlarınızı oyuna daxil edərkən digər fiqurlarınızın hərəkət edəcəyi və yaxud oyuna daxil olmamış fiqurlarınız yerləşəcəyi damalara yerləşdirərək inkişaf etdirməyin.Qeyd edim ki,piyadaların da lazımsız yerə hərəkət etdirilməsi çox vaxt buna səbəb olur.Bu da Altıncı prinsipimizə daha bir dəstəkləyici nümunə.
Hiç yorum yok:
Yorum Gönder