14 Mart 2017 Salı

Notasiya

Örnək üçün notasiya


Notasiya Şahmatda həmlələrin yazılması üçün müəyyən işarələmələr daxilində kodlama sistemidir.Məsələn “ F×d7 “ olsun.Bunun oxunuşu Fil alır(yeyir) d7 xanasındakı fiquru şəklindədir.Notasiya bilməniz öz oyunlarınızı və ya digərlərinin oyunlarını sonradan yenidən canlandıraraq təkrar-təkrar analiz etməyiniz üçün əla və əvəzedilməz vasitədir.Həmçinin Notasiya bilmədən Şahmata aid kitab və jurnalları oxumanızın bir anlamı yoxdur.Digər tərəfdən oyunlarınızda əgər hər həmləni dəftərə qeyd edirsizsə rahatlıqla oyun sırasında Şahmat taxtasını tərk edə bilərsiz.Rəqib sizi heç vaxt aldada bilməyəcək.Birdə şahmatda “eyni həmlənin 3 dəfə təkrar olunması” və “50 həmlə qanunu”deyilən qaydalar var ki,(bunlara digər yazılarımızda toxunacağıq) bu halda oyun heç-heçə olur və siz Notasiya bilərək özünüz də oyunun belə vəziyyətlərində heç-heçə olmasını sübut edə bilərsiz….Amma qorxmayın Notasiya heç də çətin bir şey deyil.Keçək Notasiyada ən çox istifadə olunan və əsas işarələmələrə....


Şahmat taxtasında 6 fiqur var və bunların adları Azərbaycanca və ingilizcə olaraq belədir :


1)Piyada - Pawn
2)At - Knight
3) Fil - Bishop
4) Qala - Rook
5) Vəzir - Queen
6) Şah - King

Notasiyaya keçmədən əvvəl xanaların adlandırılmasını öyrənin.Şahmat taxtası soldan sağa üfiqi olaraq " a,b,c,d,e,f,g,h" və şaquli olaraq 1-8 qədər rəqəmlərlə işarələnib və 64 xanadan ibarət taxdadır.Şəkildə göstərildiyi kimi xanalara ad verilir :



Yuxarıda verdiyim Notasiya örnəyində həmçinin “F×d7” nümunəsindən də göründüyü kimi sadəcə fiqurun baş hərfi yazılaraq başqa işarələmələrin də köməyi ilə bu fiqurlarla yerinə yetirilən əmaliyyatların ifadə edilməsi mümkündür.Necə ifadə olunması haqqında yazmamışdan əvvəl bir sıra başqa işarələmələri və onların məqsədini yazandan sonra izah olunaraq Notasiya dərsimiz bitəcək.Elə isə davam edək.

Yuxarıda “F×d7” ifadəsində “x” işarəsi bir fiqurun rəqib fiqurlardan birini yeməsini göstərir. “F” -Fil “x” - yeyir “d7” - D sütunun 7-ci sətrində yerləşən fiquru kimi oxunur.

“ # “ - mat üçün istifadə olunan işarədir.Məsələn:  “Ad7#” - At d7 xanasına gələrək şahı mat edir.

“ + “ bu işarə hər hansı fiqurla rəqib şahı təhdit edərkən yəni şah çekərkən istifadə olunur. Məsələn :” V×e4+ “ Vəzir e4 xanasında fiquru alaraq şah çəkir (şaha təhdit yaradır) kimi oxunur.Vəzir əgər e4 xamasında fiquru yeyərkən şahı mat eləsəydi o zaman belə yazılacaqdı “V×e4#”

İndi isə fiqurların hərəkətini ifadə edək :

Azərbaycanca və İngiliscə fiqurların adları müxtəlif olsada notasiyada eyni qayda ilə ifadə olunur.Məsələn Azərbaycan dilində Şah notasiyada yalnız baş hərf olan “Ş” ilə yazıldığı kimi İngiliscə “King” şəklində deyildiyi üçün “K” ilə işarə edilir.Biz Azərbaycan dilində danışdığımız üçün nümumələr də buna uyğun veriləcək.

“Ae7” At e7 xanasındadır və yaxud At e7 xanasına gəldi kimi oxunur.”A”nın yerinə digər fiqurların adlarının baş hərfini yazaraq bu dəfə “At” yerinə də bu fiqurların adını deməklə hərəkətlərini ifadə edə bilərsiz.Elə bir fərq yoxdur ancaq burada istisna vəziyyət piyadalardır.Piyadaların hərəkəti onların adının baş hərfinin yazılmasına ehtiyac duyulmadan ifadə oluna bilir.Yuxarıdakı örnəkdə sadəcə “ e7 “ yazmaqla “e” sütununda olan piyadanın uyğun hərəkətini ifadə edilir.


Və son olaraq bəzən Atlarınız,Qalalarınız elə bir pozisiyada olurlar ki,onların hər ikisi gəlmək istədiyiniz xanaya hərəkət edə bilir və yaxud o xanadakı fiqurları yeyə bilirlər.Bu halda bu iki fiqurunuzdan hansının bu xanaya gəldiyini necə ifadə edəcəksiniz ? Bunu misallarla göstərək :
Tutaq ki, Qalalarınız 1-ci sətirdə yerləşir daha dəqiq olması üçün qalalarınızdan biri “d1” digəri  “h1” xanasında yerləşir və hər ikisi e1 xanasına gələ bilir.Bu halda gəlmək istədiyiniz qalanızın yerləşdiyi xananın hərfini “Q” işarəsindən sonra yazaraq gəlmək istədiyiniz xananın adını da ardınca əlavə edirsiz.Məsələn “d1” xanasında yerləşən qalanızı “e1” xanasına gəlirsə belə yazacaqsız : “ Qde1”


İndi isə bu qalalarınız eyni bir sətirdə yox eyni bir sütunda olsunlar daha dəqiq olması üçün Qalalarınızdan biri “d4” digəri “d7” xanasında olsun.Siz isə qalalrınızdan birinin “d6” xanasına gəlməsini ifadə etmək istəyirsiniz.O halda “Q”işarəsindən sonra bu dəfə bu sütunda yerləşən və gəlmək istədiyiniz qalanızın yerləşdiyi xananın nömrəsini yazmaqla ardınca da gəlmək istədiyiniz xananı əlavə edirsiz.Məsələn “d4” yerləşən qalanızın “d6” xanasına  gəlməsini “Q4d6” şəklində ifadə edəcəksiniz.





1 yorum: