13 Mart 2017 Pazartesi

Fiqurların dəyərləri,hərəkəti və rəqib fiqruların yeyilməsi haqqında


Şahmatda fiqurların dəyərləri onların nəzarət etdiyi damaların sayına və hərəkət etmə qabiliyyətinə görə qiymətləndirilir.Çox uzatmadan fiqurların dəyərlərini sizlərlə bölüşək :

1)Piyada : 1 xal dəyərindədir.Ancaq siz yenə də lazımsız yerə piyada itirməyin.Çünki piyadalar xüsusilə oyun sonunda çox qiymətlidir.Piyada hərəkətinə uyğun olaraq rəqib tərəfin sizə nəzərən 8-ci sətrində olan uyğun damaya çatan zaman o "At" , "Fil" ,"Qala" və "Vəzir" fiqurlarından birinə çevrilə bilir.Ən çox Vəzir olur bu da Vəzirin digər üç fiqura görə daha qiymətli olmasına görədir.Bunu yazının davamında görəcəksiniz.Ancaq bəzi hallarda Vəzir yerinə uyğun fiqura çevrilməsi daha məqsədəuyğun olur.Çünki şahmat həm də pozisyona görə qiymətləndirmə meyarına sahibdir.Bunu da yazının davamında şahidi olacaqsınız....Piyadaların hərəkəti yalnız bir dama irəlidir.Bu fiqur diaqonal olaraq öz damasına bitişik rəqib fiquru yemək (yəni o fiquru taxtadan uzaqlaşdıraraq onun damasına yerləşmək) qabiliyyətinə malikdir.Həmçinin rəqib piyada yalnızca bir dəfəyə iki dama irəli gələrək sizin piyada ilə yanaşı olarsa siz onu yeyərək onun yerləşdiyi sütunda öz damanıza diaqonal olaraq bitişik damaya yerləşə bilərsiniz.Buna “Keçərkən Alma” qanunu deyilir.

2)At : 3 xal dəyərindədir.Bu fiqur şahı qapalı vəziyyətlərdə "boğmaca"matı deyilən yalnız elə bu fiqurun iştirakı ilə bir həmlədə mat eləmək üçün kifayət edir.Həmçinin at yeganə fiqurdur ki,siz şah çekərkən rəqib ya atı yeməlidir ya da şahını hərəkət etdirməlidir.Rəqib sizin atla öz şahı arasına fiqur qoymaqla təhditdən qurtula bilmir çünki at yeganə fiqurdur ki,o digər fiqurların üzərindən hoppanaraq öz hərəkətini tamamlaya bilir.Atın hərəkəti hər tərəfə(şaquli və yaxud üfiqi düz xətt boyunca) 3 dama irəli və 1 dama sağa və yaxud sola olaraq tamamlanır.Yəni "L"şəklindədir.Rəqib fiqurlar atınızın hərəkətini tamamlaya bildiyi damalardan hər hansı birində yerləşərsə siz onu yeyə bilərsiniz.

3) Fil : 3 xal dəyərindədir.Atla Fil eyni gücdə fiqurlardır.Ancaq bu güclər yalnız pozisyona görə dəyişə bilər.Piyadaların olmadığı pozisyonda Fillər atlardan daha qüvvətlidir.Bu da onun hərəkətindən qaynaqlanır.Fillər oyun boyunca öz rəngindəki diaqonallarda istədiyi qədər irəlliyə bilir.Əgər bu diaqonalardan birində sizin öz fiqurlarınız  varsa hərəkəti məhdudlaşır.At isə belə pozisyonlarda fiqurların üzərindən hoppana bilmək qabiliyyətinə görə daha güclüdür.Bu da girişdə bəhs etdiyim pozisyona görə meyarlandırmaya nümunə….Fillər bu diaqonal boyunca yerləşən rəqib fiqurları yeyə bilər.

4) Qala : 5 xal dəyərindədir.Qalanın hərəkəti yerləşdiyi damadan yuxarı və aşağı bütün damalar boyunca həmçinin bu damanın sağında və solunda yerləşən bütün damalar boyunca şəklindədir.Əgər bu damalar üzərində yerləşən rəqib fiqur varsa qalanız onu yeyə bilər.Həmçinin tək bir qalanız və şahınızla tək qalmış rəqib şahı mat edə bilərsiz.Bu xüsusiyyət bir də Vəzirdə var.

5) Vəzir : 9 xal dəyərindədir.O Həm qala həm də fil kimi hərəkət edə bilir.Yəni yerləşdiyi damadan sağa və sola,yuxarı və aşağı həmçinin bu damadan diaqonallar boyunca hərəkət edərək rəqib fiqurları yeyə bilir.Yuxarıda dediyim kimi bir vəzir və şahınızla tək qalmış rəqib şahı çox rahat şəkildə mat etmək olar.

6) Şah : sonsuz dəyərə malikdir.Əgər mat vəziyyətinə düşürsüzsə digər bütün fiqurların vəzifəsi yalnızca şahın müdafiəsi və bu yolda qurban edilməkdən ibarətdir.Şahın hərəkəti bir dama olmaqla yerləşdiyi damasına bitişik bütün damalar boyuncadır.Ancaq şahın hərəkəti heçdə qeyri-məhdud deyil bu damalar boyunca.Şah rəqib fiqurların nəzarəti altında olan damalara hərəkət edə bilmir.Həmçinin Şah hərəkət edə bildiyi damalarda yerləşən rəqibin fiquru bu rəqibin digər fiqurları tərəfindən qorunursa yeyilə bilməz.


Hiç yorum yok:

Yorum Gönder